Cümə, 03 May

"Avropa şirkətləri sanksiyalara görə 250 milyard avro itirib" - Lavrov

image

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Avropanı iflasa sürüklədiyini bəyan edərək, Avropa şirkətlərinin sanksiyalara görə 250 milyard avro itirdiyini bildirib.

Xəbər verilir ki, diplomatın sözlərinə görə, son 1,5 ilin ən təvazökar hesablamalarına görə, Qərbin birtərəfli sanksiyaları nəticəsində Avropa şirkətləri 250 milyard avro itirib.

"Bu, böyük rəqəmdir" -deyib.

Lavrov paytaxt Moskvada müxtəlif ölkələrdən səfirlərin qatıldığı dəyirmi masada Ukrayna böhranının həlli ilə bağlı çıxış edib.

ABŞ-ın apardığı siyasətlə Avropa iqtisadiyyatına ziyan vurduğuna diqqət çəkən Lavrov, "Vaşinqton hərbi sənayesi üçün pul qazanarkən, öz əmri altında olan Avropanı iflasa sürükləyir" deyə bildirib.

ABŞ-ın Avropanı öz bahalı maye qazını (LNG) almağa məcbur etdiyini deyən Lavrov, “Avropa şirkətlərinə öz eqoist qanunlarını tətbiq edir və buradakı şirkətləri işini xaricə, xərclərin daha az olduğu yerlərə köçürməyə məcbur edir. Avropa İttifaqını Rusiyaya məxsus hər şeydən imtina etməyə məcbur edən Vaşinqton Rusiyadan uran və digər kritik materialları almağa davam edir”. 

Birləşmiş Millətlər Təşkilatının Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səylərinin nəticə vermədiyinə diqqət çəkən Lavrov, Qərb ölkələrinin bu məsələdə irəliləyişə mane olduğunu vurğulayıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15